Böyük Britaniya bazar ertəsi, fevralın 24-də Ukraynada münaqişə başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini elan edəcək.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Lammy məlumat verib.
“Sabah (bazar ertəsi) mən münaqişənin ilk günlərindən Rusiyaya qarşı ən böyük sanksiyalar paketini elan edəcəyəm”, – deyə nazirin bəyanatında deyilir.
Bir gün əvvəl “The Telegraph” qəzeti yazıb ki, baş nazir Keir Starmerin kabineti ABŞ və Ukrayna arasında münasibətlərdə yaranan mürəkkəbliklərə baxmayaraq, Ukraynaya dəstək kursunu davam etdirmək niyyətindədir.