9 sentyabr – Beynəlxalq Gözəllik Günüdür

0
627

9 sentyabr - Beynəlxalq Gözəllik Günüdür

9 sentyabr tarixi Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.

Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) hər il 9 sentyabrın Beynəlxalq Gözəllik Gününün elan olunması təşəbbüsü ilə çıxış edib. 1995-ci ildən başlayaraq, hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunmağa başlayıb.

Hər ilin bu günündə bir sıra ölkələrdə gözəllik müsabiqələri keçirilir. Həmin müsabiqələrdə iştirak edən zərif cinsin nümayəndələrinin heç də hamısı klassik sayılan 90-60-90 parametrlərinə uyğun olmur. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.