Bu ölkədə sürücülərdən imtina edirlər: ozüyeriyən avtobuslar

0
557

Estoniya paytaxtında test rejimində sürücüsüz avtobuslar çalışacaq.

Məqsəd bu şəhərdə tıxacların qarşısının alınması və küçələrdə avtomobil yükünün azaldılmasıdır. Tallin şəhər nəqliyyatı idarəsi paytaxt yollarında pulsuz avtobusların işləməsi haqqında qərar qəbul edib. Bu avtobuslar Kadrioq parkı ərazisindən Kumu rəssamlıq muzeyi istiqamətində xətdə olacaq. Bu nəqliyyat vasitələri hələlik çərşənbə axşamından şənbə gününə kimi xidmət göstərəcək. Avtobuslar xəttə səhər saat 10:00-dan çıxacaq. Saat 13:00-14:00 arası fasilə etməklə gün ərzində 14-16 saat sakinlərin istifadəsində olacaq. Layihənin rəhbəri, Tallin departamentinin rəhbəri Yaqula Aynsalu növbəti illərdə 6 sürücüsüz avtobusun istismara veriləcəyini deyib. Layihə yaşlılar və azyaşlı uşaqları olan valideynlər tərəfindən yüksək qiymətləndirilir. Fərqli düşünənlər də var. Məsələn, Tallin Universitetinin tələbəsi Johanna Kristina Vaat deyir ki, bir kilometr piyada getmək sürücüsüz avtobusun salonunda getməkdən daha rahatdır. Davam edən test rejimi həm də sürücülərin və piyadaların yeni bir nəqliyyat vasitəsinə necə reaksiya verəcəyini anlamağa kömək edəcək.