Uşaqlara məktəbi sevdirmənin yolları

0
469

Uşaqlara məktəbi sevdirmənin yollarıTürkiyəli mütəxəssis Fevgi Özgönül məktəblərin açılmasına çox az bir müddət qalmış ailələrə faydalı məsləhətlər verib.

Özgönül uşaqları məktəbi sevdirmənin və öyrəşdirmənin müxtəlif yolları olduğunu bildirərək bəzi tövsiyyələr edib.
Səhər hazırlığı- uşaqların geyinməsinə, hazırlanmasına mütləq kömək edin. Səhər yeməyi çox vacibdir. Xüsusilə uşaqlara sağlam qidalar verməyə diqqət edin.

Adi bir gün kimi davranın- məktəbin ilk günü valideynlər adətən həyəcanlanaraq nə edəcəyini bilmirlər. Bu günü adi bir gün kimi qəbul edin və elə davranın. İlk gün dəstək olmaq məqsədilə fərqli davranmağa çalışmayın.

Mütləq birlikdə olun- bəzən valideynlər uşaqların hər şeyi tək başına həll etməsini istəyirlər. Amma öyrəşməsi üçün onu tək buraxmaq əvəzinə ilk gün mütləq uşağınızla birlikdə olmağınız, məktəbə birlikdə getməyiniz və qayıtmağınız vacibdir. Bu onda güvən hissi yaradacaq. Dərs aralarında da sizi görməsi onun narahatlığını azaldacaq. Amma bunu uzun müddət davam etdirməyin. Məsulliyyətlərini öz üzərinə götürməsini təmin edin.

Ona dəstək olduğunuzu bildirən cümlələr deyin- uşaqlara dediyiniz cümlələr çox əhəmiyyətlidir. Narahatlığını artıracaq cümlələr qurmamağa diqqət edin. Ona “qorxma” dedikdə məktəbin qorxulu bir yer olması kimi təsəvvür yaratmış olursunuz.

Məktəbə hələ öyrəşməyibsə- bir neçə gün keçməsinə baxmayaraq uşaqlar məktəbə adaptasiya olmaqda çətinlik çəkirsə, hələ də sizin yanınızda olmaq istəyirsə mütləq müəllimindən və məktəb rəhbərliyindən bu mövzuda kömək etməyini istəyin. Bu sizin işinizi asanlaşdıracaq. Amma uşağınızı qətiyyən başqaları ilə müqayisə etməyin. “Dostların sənin kimi ağlamır, məktəbi çox sevir” kimi cümlələr qurmayın.

Əgər məktəbə getmək istəmirsə- belə hallarda əvvəlcə müəllimi ilə danışıb, məktəbi niyə sevmədiyini anlamağa çalışın. Əgər müəllimə sizə bu problemi həll etməkdə kömək edə bilməsə mütləq bir mütəxəssisdən kömək istəyin.

Məktəb və müəllimlər ilə daima əlaqə saxlayın- Məktəbin ilk günündən etibarən uşağın müəllimi ilə saxlamanız siz olmadıqda nələr etdiyini, necə davrandığı haqqında məlumat toplayacaqsınız. Bu da uşağın uğurlu bir təhsil həyatının olmasına kömək edəcək