Qubanın Xınalıq kəndini turizm mərkəzinə çevirmək üçün böyük konsepsiya hazırlanır.
Bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, konsepsiya Prezident İlham Əliyevə təqdim ediləcək:
“Konsepsiya təsdiq edildikdən sonra Xınalıqla bağlı çox böyük işlər görüləcək”.
F.Nağıyev əlavə edib ki, turistlərin Xınalığa marağını daha da artırmaq lazımdır.