NASA-nın marsoxodu alimlərin heç vaxt görmədikləri qaya nümunəsi aşkarladı

0
27

“Perseverance” marsoxodu tərəfindən Marsda toplanmış qaya nümunələrindən biri alimlərin əvvəllər heç vaxt görmədikləri teksturaya malikdir.

Bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsindən (NASA) xəbər verilib.

Bildirilir ki, “Silver Mountain” adlandırılan nümunə hazırda titan borusunda etibarlı şəkildə möhürlənib və digər toplanmış materiallarla birlikdə Yerə göndərilməyi gözləyir.

Qeyd edilir ki, 2021-ci ilin fevralında Jezero kraterində yerə enən “Perseverance” marsoxodu artıq Mars səthində 30 kilometrdən çox məsafə qət edib və onlarla qaya nümunəsi toplayıb.

Hazırda NASA marsoxodu irəli hərəkət edir və alimlər üçün xüsusi maraq kəsb edən dörd sahəni ziyarət etməli, orada da qaya nümunələri götürməlidir.

NASA bildirib ki, Mars nümunələri Yerə ən tezi 2035-ci ildə, ən geci 2039-cu ildə çatdırıla bilər.

ABŞ-nin kosmik agentliyi missiyaya maksimum qənaət etmək üçün ən yaxşı çatdırılma üsulunu araşdırır. Bu barədə yekun qərar gələn il veriləcək.