Bakıda “kölgə iqtisadiyyatı” ilə mübarizə yolları araşdırılacaq

0
452

Bakıda “kölgə iqtisadiyyatı”na qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.

Bu barədə konfransın təşkilat komitəsinin üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Konfransın sentyabrın 13-də Bakıda keçiriləcəyi gözlənilir.

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə üzrə elmi-praktik konfransı Azərbaycan Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə iqtisadi inkişafın mühüm amilləri müzakirə ediləcək.

V.Novruzovun sözlərinə görə, konfransda 10-a yaxın ölkənin nümayəndələrinin – “kölgə iqtisadiyyatı” üzrə görkəmli alimlərin, vergi, audit, hesabatlılıq və mühasibatlıq üzrə mütəxəssislərin, beynəlxalq peşəkar qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru və elmi tədqiqat institutlarını təmsil edən 60-dan çox qurumdan 150-dək nümayəndənin iştirakı gözlənilir.