Rus ordusu daha iki məntəqəni ələ keçirdi

0
10

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Lozovaya və Donetskin Krasnoye yaşayış məntəqələrini nəzarətə götürüb.

Bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qətiyyətli hərəkətlər nəticəsində qərb qoşun qrupunun bölmələri Xarkov vilayətinin Lozovaya kəndini azad edib”, – məlumatda belə deyilir.

Qeyd olunur ki, mərkəz qrupunun qoşunları Donetskin Krasnoye kəndini də nəzarətə götürüblər.

Döyüşlər zamanı hərbi bölmələr Xarkov vilayətinin Petropavlovka, Qluşkovka, Dvureçnaya, Zaqrızovo yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş briqadasının və iki hərbi müdafiə briqadasının canlı qüvvəsini və texnikasını darmadağın edib. Məlumatda deyilir ki, Ukryananın hücum bölmələrinin 6 əks-həmləsi dəf edilib.

Cəbhənin bu hissəsində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 480-dən çox hərbçi, beş texnika və on artilleriya silahı təşkil edib.