İranda 13 yaşlı qızı ərə verirdilər, sosial şəbəkə qarışdı – Video

0
456

İranda 13 yaşlı qızı ərə verirdilər, sosial şəbəkə qarışdı

İranda 13 yaşlı qızın toy görüntüləri sosial şəbəkədə etirazla qarşılanıb.

İranlı fəal Masih Alinecad tərəfindən sosial şəbəkədə yayımlanan videodan sonra toy ləğv edilib.

Onun sözlərinə görə, sözügedən görüntülər İranın Коxqiluye və Boyerəhməd əyalətində lentə alınıb. Həmin videoda 13 yaşlı qızın özündən olduqca böyük bəylə yanaşı əyləşdiyi görünür.

Qeyd edək ki, toyun ləğv olunmasından sonra bəy videonu yayan Masih Alinecadı təhdid edib.