Bəşəriyyəti gözləyən BÖYÜK TƏHLÜKƏ – Mask həyəcan təbili çaldı

0
19

Qlobal doğum səviyyəsinin aşağı düşməsi bəşər sivilizasiyasının indiyədək üzləşdiyi ən böyük təhlükəyə çevrilib.

Bu barədə amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Doğuş nisbətlərinin kəskin azalması bəşər sivilizasiyasının üzləşdiyi ən böyük təhlükədir”, – Mask həyəcan təbili çalıb.

Oktyabr ayında “New York Times” qəzeti yazmışdı ki, milyarder doğum nisbətinin azalmasından ciddi narahatdır, sperma donoru olmaq niyyətindədir və Texasda uşaqları üçün kompleks tikir.

Sentyabr ayında Mask demişdi ki, aşağı doğum səviyyəsi fonunda Avropa İttifaqında demoqrafik böhran qaçılmazdır. Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.