G20 sammiti çərçivəsində Fransa lideri Emmanuel Makron ABŞ-ın Kiyevə Rusiyanın dərinliklərində yerləşən ərazilərə ATACMS uzaqmənzilli raketlər atmasına icazə vermək qərarını dəstəkləyib.
O qeyd edib ki, Vaşinqton Ukraynada münaqişənin gərginləşməsinin yeni raunduna cavab verməli olub və buna görə Moskva günahkardır .
“Bu, tamamilə doğru qərar idi. Mən başa düşürəm ki, buna həm də münaqişədə yaşanan böyük dəyişiklik, yəni Şimali Koreya qoşunlarının Avropa ərazisinə daxil olması səbəb olub”, – Makron deyib.
Eyni zamanda, bildirilir ki, həmin görüşdə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanında Fransa rəhbəri də diqqət çəkib. Aydın olur ki, rusiyalı nazirin əlini sıxmaq üçün fransız siyasətçini özü onu axtarıb.