Yuxuma gəldi:” Ana can mən ölməmişəm”

0
35

Babayev Ağaşirin Feruz oğlunun Vətən müharibəsində şəhid olmasının 4- cü il dönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Babayev Ağaşirin Feruz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 4 il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin nümayəndələri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, Qəbələ rayon nümayəndəliyin rəhbəri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi, Qəbələ bir nömrəli baxça müəllim kollektivi, Oğuz şəhid ailələri, qaziləri, Mingəçevir şəhid ailələri, İsmayıllı şəhid ailələri, Qəbələ şəhid ailələri,rayon sakinləri, Qəbələ TV iştirak etdi.
Əvvəlcə şəhid Ağaşirin Babayevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Babayev Ağaşirin 2001 çi il 16 mayda Qəbələ rayonu Qəmərvan kəndində anadan olub. Orta təhsilini 2007- 2018 çi illərdə Qəbələ şəhəri 3 saylı tam orta məktəbində alıb. 2019 cü ildə həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini davam etdirən zaman 2020 çi il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. 3 noyabrda Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 18 noyabrda müqəddəs nəşi ailəsinə təhvil verilib. 2020 çi il 19 noyabrda Qəbələ şəhər qəbristanlığında dəfn olunub.

Şəhidin anası çıxış edərək onları bu agır günlərində yanında olduqları üçün gələn qonaqlara öz minnətdarlıgını bildirmişdi.

Tədbirdə iştirak edən qonaqlar,şəhidin ailə üzvlərinə başsağlığı vermişdi.

Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmiş, ev muzeyində xatirə şəkilləri çəkdirmişdilər.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin şəhidlərimizə.

Alməmmədova Təranə

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinın Qəbələ rayon nümayəndəliyin rəhbəri