Tramp ilk həftədə onlarla sərəncam imzalayacaq: Baydenin bu əmrlərini ləğv edəcək

0
20

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladığı ilk həftə ərzində onlarla icra sərəncamı imzalayaraq, Co Bayden administrasiyasının əmrlərini ləğv edəcək.

Bunu “Fox News”a müsahibəsində Trampın seçki kampaniyasının sözçüsü Karolin Levitt deyib.

“Bu, Co Bayden və Kamala Harrisin Trampın ilk administrasiyasının təsirli siyasətindən uzaqlaşmaq üçün imzaladıqları bütün icra sərəncamlarının ləğvi olacaq” deyən Leavitt, Trampın ilk həftəsində onlarla sərəncam imzalayacağını əlavə edib.

Sözçü, Baydenin səlahiyyətlərinin ilk həftəsində imzaladığı 94 icra sərəncamının “sərhəddə böhrana və iqtisadi böhrana səbəb olduğunu” söyləyib.