Yaponiya hökuməti İSTEFA VERDİ

0
22

Şiqeru İşibanın rəhbərlik etdiyi Yaponiya hökuməti baş nazir seçilməzdən əvvəl istefa verib. 

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

İşiba yenidən baş nazir olarsa, bazar ertəsi gün ərzində yeni kabineti formalaşdıracaq. Politoloqların fikrincə, onun tərkibi faktiki olaraq dəyişməz qalacaq. Baş nazir seçkiləri bazar ertəsi parlamentin növbədənkənar iclasında keçiriləcək.

İşiba 27 sentyabr seçkilərindən sonra hakim Liberal Demokrat Partiyasının sədri olub. O, təqdim olunan bütün namizədlər arasında ən populyarı olub.