Darovskidə “Mi-2” helikopteri sərt eniş etdi – ÖLƏNLƏR VAR

0
14

Rusiyanın Kirov vilayətinin Darovski rayonunda “Mi-2” təcili tibbi yardım helikopteri sərt eniş edib.

Bu barədə REN TV məlumat yayıb.

Bildirilib ki, helikopterdə dörd nəfər olub: pilot və üç tibb işçisi.

Son məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub.