Nazirlik: Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

0
444

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədi ilə gələn aydan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək.

Bunu nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

İ.İbrahimova qeyd edib ki, bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq.