Britaniya Ukraynaya daha bir yardım paketi elan etdi

0
69

ABŞ Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə səfərləri çərçivəsində Ukraynaya yeni yardım paketi təqdim edib.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Devid Lemmi Ukraynaya 600 milyon funt-sterlinqdən çox dəstək vəsaiti ayrıldığını elan edib.

Bildirilib ki, yardım paketinə Britaniyanın Ukraynaya 242 milyon funt-sterlinq məbləğində maliyyə yardımı daxildir. Qeyd olunub ki, Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün ilin sonuna qədər Dünya Bankının kreditləri üçün 484 milyon dollar dəyərində kredit zəmanətləri də təqdim ediləcək.

Britaniyalı nazir ölkəsinin Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb.