Bioloji ölümsüzlük mümkündür – Alimdən VACİB AÇIQLAMA

0
68

“Bioloji ölümsüzlüyə nail olmaq nə mümkün, nə də zəruridir”.

Bunu müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin (SPbSU) Koqnitiv Tədqiqatlar İnstitutunun direktoru, professor, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Tatyana Çerniqovskaya deyib.

Alimin fikrincə, insanlar üçün ölümsüzlük tələb olunmur. Əgər insan əbədi yaşasaydı, nə vaxtsa hər şeydən yorulardı:

“Başqa heç nə görmək istəməzdi və yorğunluğu fiziki problemlərdən deyil, cansıxıcılıqdan yaşayardı. Və belə bir an, 120 və ya 220 yaşında olan bir insan üçün mütləq gələcək”.

Professor eyni zamanda vurğulayıb ki, bioloji ölümsüzlük mümkün deyil, çünki o, təbiətin özünə ziddir.

İyun ayında məşhur biohaker və uzunömürlülük uğrunda mübarizə aparan milyarder Brayan Consonun ABŞ-da qadağan olunmuş gen terapiyasından keçdiyi bildirilir. Biohaker ümid edir ki, bu terapiya ona 120 yaşa qədər yaşamağa kömək edəcək.