Bu smartfonlar gizli kameraları tapa biləcək

0
30

“Xiaomi” tərəfindən buraxılan smartfonlarda gizli kameraları tapa biləcək xüsusi qurğu olacaq.

Bu barədə “Notebook Check” məlumat yayıb.

Bildirilir ki, gizli kamera aşkarlama funksiyası simsiz şəbəkə siqnalının aşkarlanması mexanizmindən istifadə etməklə işləyir.

Yeni funksiyanı işə salmaq üçün “StarScan” düyməsini sıxmaq və axtarışın bitməsini gözləmək lazımdır. Axtarış başa çatdıqdan sonra smartfon kameraların olması barədə məlumat verir.

Qeyd edək ki, smartfon mümkün gizli kameraları aşkar etmək üçün yaxınlıqdakı Wi-Fi şəbəkəsini skan edir. Mütəxəssislərin fikrincə, bu funksiya tez-tez səyahət edən və tanış olmayan yerlərdə faydalı olacaq.