Bakı polisindən təkzib: “İcazə verməmişik”

0
480

Küçə ticarəti ilə bağlı sosial şəbəkə istifadəçilərindən müraciətlər daxil olur

“Küçə ticarəti ilə bağlı sosial şəbəkə istifadəçilərindən müraciətlər daxil olur”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin “Facebook” səhifəsində qeyd edilib. Bildirilib ki, polisin küçə ticarətinə şərait yaratması ilə bağlı yayılan “Polis icazə verib” kimi məlumatlar uydurmadır: “Bu, ayrı-ayrı işbazların öz fəaliyyətlərini legitimləşdirmək üçün ictimai fikri çaşdırmağa yönələn cəhdləridir: İnanmayın!!!”

Read more: https://sputnik.az/life/20190822/421530356/polisden-kuce-ticareti-ile-bagli-xeberdarliq.html