Əhalinin DİQQƏTİNƏ – Kommunal xidmətlərin QİYMƏTİ ARTIR? – VİDEO

0
71

Azərbaycanda kommunal qiymətlərində artım olacağı ilə bağlı fikirlər yayılmağa başlayıb. Bunun nə dərəcədə real olması isə hər kəsi maraqlandırır. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, yaxın zamanda belə bir tarif dəyişikliyinin olması gözlənilmir. 

“Hazırda nə qazın, nə də elektrik enerjisinin istehsalının xərcləri artmayıb. Əksinə dünya bazarına baxsaq, Azərbaycanın satdığı qazın qiymətində də enmələr müşahidə olunur. Çünki dünyada qazın qiyməti düşüb. Buna görə də Azərbaycanın daxili bazarında qazın qiymətinin artırılması üçün bir əsas yoxdur. O cümlədən elektrik enerjisi ilə bağlı da eyni vəziyyətdir, Azərbaycanda elektrik enerjisinin istehsalı son 20 ildə kifayət qədər sürətli gedir”. 

Ekspert onu da qeyd edib ki, kommunal qiymətlərin artımı gələn il mümkün ola bilər. 

Daha ətraflı video-materialda: