Rusiya və Ukrayna arasında həbs edilən şəxslərin mübadiləsi avqustun sonuna qədər aparılacaq.
Bu məlumatı “Kommersant” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, mübadilə edilənlər arasında Kerç boğazında saxlanılan ukraynalı hərbçilər də olacaq. Artıq tərəflər arasında razılaşma final mərhələsindədir.
Qəzetin mənbəsi dənizçilərin azad edilməsi haqqında ilkin razılığın iyulun 11-də Zelenski və Putin arasındakı ilk telefon danışığı zamanı əldə edildiyini deyib.