İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? – Lavrov sirri açdı

0
73

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata müsahibəsində Ukrayna ilə İstanbulda razılaşdırılmış, amma sonradan qəbul edilməyən müqavilənin bəzi məqamlarını açıqlayıb.

XİN başçısı bu məqamları əvvəllər qeyd etmədiyini deyib və bunları açıqladıqdan sonra tənqid olunmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, sənəd Kiyevə ciddi təhlükəsizlik təminatlarının verilməsi nəzərdə tutulub.

“Biz (Ukraynanın istədiyi kimi) zəmanətlərin son dərəcə ciddi olmasına hazır idik. Ciddilik həddi, NATO-nun yaradılmasına dair beşinci maddə idi, mahiyyət etibarı ilə bunlar çox ciddi təhlükəsizlik zəmanətləridir”, – Lavrov bildirib.

Eyni zamanda, bu təminatların Krım və Donbasa aid olmadığı bildirilib. Bu o demək idi ki, onlara “toxunsalar” zəmanətlər qüvvədən düşəcək.

Həmçinin bildirilib ki, Ukrayna ərazisində heç bir hərbi bazanın olmayacağı da nəzərə alınıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar 2022-ci ilin martında Türkiyənin İstanbul şəhərində baş tutub. Nəticədə tərəflər Ukrayna üçün Daimi Bitərəflik və Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilə layihəsini hazırlayıb və ilkin olaraq imzalayıblar. Daha sonra Kiyev bu sənəddən rəsmən imtina edib.