Rusiya və Ukrayna tarixi razılaşma əldə etdi: Ərdoğan açıqlamalı idi, Kiyev son anda…

0
128

Rusiya və Ukrayna Türkiyənin vasitəçiliyi ilə demək olar ki, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair razılığa gəliblər, lakin Kiyev son anda bunu təsdiqləmək barədə fikrini dəyişib,

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sazişi martın 30-da açıqlamalı idi və bundan əvvəl danışıqlar iki ay davam etmişdi.

Mesajda qeyd edildiyi kimi, BMT digər məsələlərlə yanaşı, naviqasiya təhlükəsizliyinə dair sazişin bağlanmasına çağırıb. Qara dəniz Ukrayna və Rusiya ərzaqlarının dünya bazarlarına çatdırılması üçün ən vacib marşrut olaraq qalır.

“Reuters”in həmsöhbətləri iddia edirlər ki, tərəflər “Qara dənizdə kommersiya daşımalarının təhlükəsizliyini təmin edən” sazişin mətni üzərində razılaşıblar.

“Lakin son anda Ukrayna gözlənilmədən fikrini dəyişdi və razılaşma pozuldu”, – “Reuters” öz mənbələrindən birinə istinadən yazır.

Kiyevin razılaşmadan imtina etməsinin səbəbləri “Reuters” mənbələrinə məlum deyil.

Mətndə qeyd edilibmiş ki, Moskva və Kiyev Qara dənizdəki ticarət gəmilərinə təhlükəsizlik zəmanəti verir və onlara hücum etməməyi, onları ələ keçirməməyi və ya axtarış aparmamağı öhdəsinə götürürlər.