Ermənilər bu ölkədə separatçı bölgə yaratdılar: İrəvan dəstək verdi

0
107

Ermənilərin Qüdsdə “qədim erməni məhəlləsi” deyərək, separatçı bölgə yaratdıqları haqda məlumat vermişdik.

İsraildəki separatçı ermənilərə İrəvan dan da rəsmi dəstək verilir.

Ermənistan Xarici İşlər Nazirliyi “Koveru Partez” (“İnək bağı”) erməni məhəlləsi məsələsi ilə məşğul olur, çünki Yerusəlimdə status-kvonun dəyişdirilməsinə cəhd olduğunu başa düşür”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

“Məsələ soydaşlarımızın və ya vətəndaşlarımızın təhlükəsizliyindən daha dərindir. Qüdsdəki kvartalın status-kvosununu dəyişdirilməsinə cəhd edilir. Ermənistan Xarici İşlər Nazirliyi həm beynəlxalq platformalarda, həm də maraqlı həmkarları, o cümlədən ərəb ölkələri ilə görüşlərdə problemi qaldırıb”, – deyə o qeyd edib.

Kostanyan vurğulayıb ki, XİN ilk gündən hadisələri izləyir və onu nəzarətdə saxlayır.