Ötən il oktyabrın 7-dən bu il aprelin 8-dək Qəzza zolağında 43 mədəni-tarixi abidəyə ziyan dəyib.
Bu barədə məlumatı UNESCO yayıb.
Qeyd olunub ki, ziyan dəyən obyektlərdən 10-u dini, 24-ü tarixi və ya memarlıq abidəsidir.
Ziyan görən abidələr arasında üç arxeoloji abidə də yer alır.
Məlumatda ərazinin peyk çəkilişləri vasitəsi ilə monitorinq edildiyi vurğulanır.