Türkiyə ilə sərhədin açılması əlamətdar hadisə olacaq – Paşinyan

0
202

Ermənistan-Türkiyə sərhədinin açılması region üçün əlamətdar hadisə olacaq. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə müvafiq səylər göstərilməlidir. “Burada bir sosial-psixoloji nüansa toxunmaya bilmərəm. Qeyd etmək çox vacibdir ki, mən indi Ermənistan-Türkiyə münasibətlərindən deyil, Ermənistanla Türkiyə arasındakı münasibətlərdən danışıram. Bu iki formulun ümumi xüsusiyyətləri var”, – Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistanla Türkiyə arasında münasibətlər hazırda gözləmə rejimindədir. “Ermənistan əldə edilmiş və rəsmi qeydə alınmış razılaşmaların həyata keçirilməsini gözləyir. Xüsusilə, söhbət üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistanla Türkiyə arasında quru sərhədinin açılmasından gedir”, – deyə hökumət başçısı izah edib.

Paşinyan qeyd edib ki, müəyyən xarici oyunçular öz siyasi və ya hərbi-siyasi məqsədləri əsasında Ermənistanın yürütdüyü xarici siyasəti təhrif etməyə, regionda bölücü xətlər yaratmaq üçün saxta mülahizələr irəli sürməyə çalışırlar.