Türkiyə müqavilədən çıxdı – Kremldən REAKSİYA

0
184

Kreml Türkiyənin bir gün əvvəl çıxdığı Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni (CFE) qeyri-mümkün adlandırıb. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunun Moskva üçün hansı risklər yaratdığı ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

Onun sözlərinə görə, bu müqavilə hazırkı geosiyasi şəraitdə qüvvəsini itirib.

“Ümumiyyətlə, bu sənəd dəyişən geosiyasi şərait və strateji vəziyyətlə əlaqədar öz qüvvəsini itirib. Bu vəziyyət Avropada təhlükəsizlik sisteminin ümumi deqradasiyası ilə əlaqədardır. Bu isə təhlükəsizlik və strateji sabitlik sahəsində yeni rejimlərin və yeni ümumi dünyagörüşün inkişafı üçün birgə dialoq tələb edir. Təəssüf ki, indi bu dialoq Rusiya Federasiyasının təqsiri olmadan yoxdur”, – Peskov qeyd edib.

Türkiyə CFE Müqaviləsində iştirakını aprelin 8-də dayandırıb. Müqavilə tankların, artilleriya sistemlərinin və hərbi təyyarələrin sayını məhdudlaşdırır.