İrəvanın mərkəzində azərbaycanlı “diversant” saxlanıldı: Ermənistan DİN açıqlama yaydı

0
123

Ermənistan Daxili İşlər Nazirliyi virtual məkanda İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Sputnik Ermənistan”a bildiriblər.

“İrəvanın mərkəzində polis rusiyalı turisti narkotik maddədə şübhəli bilərək saxlayıb. O, daha sonra sərbəst buraxılıb. Hadisə ötən gecə baş verib”, – məlumatda deyilir.

Rusiya Federasiyasının vətəndaşı Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsindən “götürülərək” paytaxt administrasiyasının mərkəzi şöbəsinə aparılıb. Lakin onun üzərindən narkotik tapılmayıb və onun Ermənistana turist kimi gəldiyi məlum olub.

Xatırladaq ki, Ermənistan mətbuatında İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanıldığı barədə xəbərlər yayılıb.