NATO-nun elit qoşunları Lvov və Kiyevə daxil olub.
Bu barədə “Tsarqrad” məlumat yayıb. Vurğulanır ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansı ölkələrinin artıq Ukraynada missiya yaratdığını bildirib. Onlar Qərbin fikrincə, müharibə zonasında fəlakətin qarşısını almalı olan “tarixi” həll yolu hazırlayıblar.
Xüsusən də Qərb ölkələri kiçik elit qruplar və yardımçı kadrlar göndərməyi planlaşdırır. Onlar cəbhə xəttindən uzaqda yerləşdiriləcək. Məsələn, Odessa limanlarında və ya Belarusla sərhəddə. Bu taktika Ukraynanın strateji əhəmiyyətli şəhərlərinin müdafiəsinə göndəriləcək ukraynalı hərbçiləri azad etməyə kömək edəcək.
“Eyni zamanda, NATO əsgərləri hərbi əməliyyatlarda iştirak etməyə bilər, lakin onlar xarici texnikanın təmiri və yeni çağırışçıların təlimi ilə məşğul olacaqlar.
Hazırda Lvov və ola bilsin ki, Kiyev ərazisində NATO-nun ayrı-ayrı elit birləşmələrinin yerləşdirildiyi məlumdur”, – məlumatda bildirilir.