Bu gün Yer kürəsinin sakinləri tam Günəş tutulmasını müşahidə edə biləcəklər.
Planetimizin müəyyən hissəsi üçün Ay Günəşin qarşısını tamamilə bağlayacaq. Tutulmanın pik nöqtəsi Meksikada müşahidə olunacaq – bu ölkənin sakinləri təxminən dörd dəqiqə yarım günəş işığından məhrum olacaqlar.
Tam tutulma Meksika ilə yanaşı, Şimali Amerikada, həmçinin Atlantik və Sakit okeanlardakı adaların bir hissəsində müşahidə olunacaq. Bu prosesin müxtəlif mərhələləri ABŞ-ın hər yerində görünəcək.
Qismən Günəş tutulması Sakit Okeanın mərkəzi hissəsində saat 19:42-dən (Bakı vaxtı ilə red.) şərq Atlantik okeanında 00:52-dək müşahidə olunacaq.