Türkiyədə gündəm dəyişir: Bu iki şəxs Ərdoğanın kreslosu uğrunda mübarizəyə başladı

0
76

Türkiyədə müxalifətin qalib gəldiyi bələdiyyə seçkilərində respublikanın yeni prezidenti kimin – İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və ya onun Ankaralı həmkarı Mənsur Yavaş ola biləcəyi ilə bağlı debatlar başlayıb.

Bu barədə iqtidaryönlü “Hürriyet” qəzeti yazır və qeyd edir ki, martın 31-də yenidən yeni müddətə seçilən bələdiyyə sədrləri 2028-ci ilə təyin olunan prezidentlik uğrunda yarışa başlayıblar.

Hər iki siyasətçi ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edir. İstanbulda keçirilən bələdiyyə sədri seçkilərində 52 yaşlı İmamoğlu 51,14%, Ankarada 68 yaşlı Yavas 60,43% səslə qalib gəlib.

“İmamoğlunun prezidentlik ambisiyaları 2019-cu ildən – İstanbul bələdiyyə sədri seçkilərində qalib gələndən məlumdur. Keçən il o vaxtkı müxalifət lideri Kamal Kılıçdaroğlu onun yolunu kəsdi. Eyni zamanda Yavaş seçicilər tərəfindən əhəmiyyətli dəstək alır”, – nəşrin köşə yazarı Əbülkadir Selvi yazır.

Onun fikrincə, İmamoğlu 2028-ci il seçkilərində CHP-dən, Yavaş isə müstəqil namizəd kimi irəli sürülə bilər. Müşahidəçi qeyd edir ki, “CHP lideri Özgür Özəl bu prosesin qarşısının alınması elementinə çevrilə bilər”.

İkinci müddətə yenidən seçilən Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək seçkilər ərəfəsində deyib ki, bu seçkilər onun “qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu” olacaq.

Eyni zamanda ölkənin siyasi sferasında Ərdoğanın yeni müddətə seçilməsinin mümkünlüyünü müzakirə etməyə başlayıblar. Mövcud konstitusiyaya görə, bu, yalnız parlament növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, mümkündür. Türkiyə rəsmiləri bildirirlər ki, növbədənkənar seçkilər hazırda ölkənin gündəmində deyil.