Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi verilib

0
254

Ramazan ayı ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər üçün Qarden hotelde iftar sürfəsi açılıb. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ,səhid ailələrinin üzvləri, qazilər,ali təhsil ocaqlarının rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının rəhbərliyi, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri, dini qurumların və ictimaiyyət təmsilçiləri iştirak ediblər.Tədbirdə Qurandan surələr oxundu.İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edildi, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olundu. İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ regional rəhbəri