Ermənilər xəritə yaydı: Azərbaycan bu əraziləri nəzarətə götürür – FOTO

0
152

Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan işğal altında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) qaytarılmasından sonra nələr baş verəcəyini açıqlayıb.

Abramyan fikirlərini xəritələr üzərində izah edib.

“4+4 variantında (birinci mərhələdə anklav olmayan 4 kənd, ikinci mərhələdə anklav olan 4 kəndin qaytarılması) Tavuş rayonunun qəsəbələri və dövlətlərarası əhəmiyyət daşıyan infrastrukturun hansı vəziyyətə düşəcəyini iki xəritədə anlamaq mümkündür.

Birinci xəritədə Sofulu və Bərxudarlı yaşayış məntəqələri yer alır. Bu kəndlər İcevandan başlayan Azatamut-Kayan-Vazaşen-Berd yolunun kəsişməsində yerləşir. Beləliklə, bu yol Azərbaycanın nəzarətinə keçəcək. Alternativ sayılan Çəmbərək-Berd yolu təmir olunsa da, relyef və iqlim baxımından problemlidir. Digər tərəfdən, bu alternativ yolun bir neçə hissəsi də cəbhə xəttinə çox yaxındır və Azərbaycan ordusunun atəş xəttinə düşəcək.

İkinci xəritədə 8 kəndin verilməsindən sonra dəyişəcək vəziyyət açıq yaşıl rəngdə göstərilir. Xəritədən göründüyü kimi, bu kəndlərin təhvil verilməsinin birbaşa və dolayı yolla ciddi fəsadları var. Çox sayda kənd təcrid və ya yarımizolyasiya (respublika və regional logistika marşrutlarından kənarda) vəziyyətinə düşür”, – Abramyan qeyd edib.