Rusiya Ukraynaya antiterror tələbi ilə NOTA VERDİ

0
104

Rusiya Ukraynaya antiterror tələbi ilə nota verib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rusiyalı diplomatlar qurulmuş rabitə kanalından istifadə edərək Belarus vasitəsilə Kiyevə nota göndəriblər.

Moskvanın müraciətində Rusiya Federasiyası ərazisində terror aktlarında iştirak edən bütün şəxslərin dərhal həbs edilməsi və ekstradisiya edilməsi tələbi yer alır.

“Keçən gün Rusiya Minsk vasitəsilə müəyyən edilmiş kanal vasitəsilə Kiyev tərəfinə müvafiq nota göndərib”, – XİN-dən bildiriblər.