Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var – Ərdoğan

0
121

Rusiyada baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyənlər var.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə çıxışında deyib.

“Şükürlər olsun ki, PKK-nı öz sərhədlərimiz daxilində hərəkət edə bilməyəcək hala gətirdik. Təhlükəsizliyimizi, dincliyimizi, əmin-amanlığımızı, sabitliyimizi, firavanlığımızı pozmağa cəhd edənlərə heç vaxt yol vermədik və verməyəcəyik”, – Ərdoğan vurğulayıb.

Xatırladaq ki, ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 140 nəfər ölüb, 360 nəfər xəsarət alıb.