Türkiyədə davam edən meşə yanğınları qismən nəzarət altına alınıb

0
529

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonuna yaxın bölgədə iki gündür davam edə meşə yanğınları güclü küləyin təsirindən getdikcə böyüyüb. Yanğının şəhərin Menderes rayonunun ətrafındakı yaşayış bölgələrinə yaxınlaşdığı bildirilir.

Bu barədə məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli yanğının əsas hissəsinin söndürüldüyünü, alovların yaşayış bölgələrinə yayılma ehtimalının olmadığını deyib.

Nazir ölkənin Muğla şəhərinin Bodrum rayonunda baş vermiş meşə yanğınlarının söndürüldüyünü, Milas rayonundakı yanğının isə qismən nəzarət altına alındığını da qeyd edib.

Son məlumata görə, havanın qaralması səbəbindən helikopterlərlə söndürmə işlərinə ara verilib. Lakin Türkiyənin bir çox şəhərindən yanğınsöndürən maşınlar və briqadalar hadisə baş verən bölgələrə cəlb edilib.

Hazırda yanğının yaşayış ərazilərinə yayılmaması istiqamətində işlər davam etdirilir.