İrəvandan Rusiyaya ittiham, Türkiyəyə jest

0
106

Mən artıq açıq şəkildə demişəm ki, ruslar Aİ müşahidəçilərinin işinə müdaxilə ediblər.

Bunu martın 6-da jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, zərurət yaranarsa, hakimiyyət KTMT ilə münasibətlərin de-yure dondurulması məsələsini də müzakirə edəcək.

Qriqoryan bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesi davam edir. “Bu proses zamanı Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi elçisi Serdar Kılıçla İrəvanda görüş təklifi müzakirə olunacaq”, – o vurğulayıb.