Moskva casusluq fəaliyyətini yeniləyib? – Rusiyanın Türkiyədəki səfirliyindən reaksiya

0
146

Rusiyanın Türkiyədəki səfirliyi hesab edir ki, Moskvanın casusluq fəaliyyətini yeniləndiyi ilə bağlı xəbərlər Qərb ölkələrinin mediasının spekulyasiyasıdır.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Martın 6-da “Financial Times” qəzeti “rus casuslarının” “Soyuq Müharibə” dövründəki kəşfiyyat səviyyəsinə qayıtması ilə bağlı məqalə dərc edib. Təsdiq kimi nəşr Krım körpüsünə hücumlarla bağlı alman hərbçiləri arasında söhbətin stenoqramının dərcinə istinad edib.

“Səfirlik Qərb mediasının böhtan xarakterli, şər niyyətli spekulyasiyalarını şərh etməyi lazım görmür. Rus atalar sözündə deyildiyi kimi, hər asqırmağa “sağlam ol” demək olmaz”, – diplomatik departament qeyd edib.