Yoxluğu qədər acı hicrandı şəhid ağrısı

0
272

Bu gün şəhid olan baş leytenan Əlibəyli Şəhriyar Ramiz oğlunun şəhidlik zirvəsinə ucalmaindan bir il ötür .

Əlibəyli Şəhriyar 1994-cü ildə anadan olub. Əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir. Yasamalda, Badamdar qəsəbəsində yaşayıb. 2012-ci ildə Badamdarda 236 nömrəli tam orta məкtəbi bitirib. Azərbaycan Ali Hərbi Məкtəbindən məzun olub. 2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştiraкçısı olub. “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştiraкçısı” medalları ilə təltif olunub. Ailənin təк övladı idi.

2- çi Fəxri xiyabanda dəfn olunub. Bu gün onun ziyarət etmək üçün Qəbələ şəhid ailələri, Qəbələ rayon icra nümayəndəsi, Yasamal rayon icra başçısı, hüquq mühafizə orqanları, Bakı şəhid ailələri, şəhidin tələbə yoldaşları, sinif yoldaşları, hərbçilər, zabitlər, təşkilat rəhbərləri,qazilər, müəllim kollektivləri, yazarlar, şagirdlər,ailə üzvləri, yaxınları iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Yasamal rayonu icra hakimiyyətinin başçısı çıxış etmiş, şəhidin yaxınlarına başsağlığı vermişdi.

Sonra mərasim evində ehsan süfrəsi arxasında tədbir davam etmişdir.
Gələn qonaqlar çıxış edərək şəhidin valideynlərinə başsağlığı vermiş, şəhidin qəhrəmanlıqindan danışmışdır.
Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi , Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin sədri