Ermənistanın planı: Əsir düşən əsgərimizə görə nə tələb edə bilər?

0
189

Ermənistan yolu azaraq sərhədi keçən və saxlanılan əsgərimizdən Bakıda həbs olunan erməni hərbçilərin qaytarılması üçün istifadə edə bilər. Ötən ilin dekabrında Aqşin Bəbirov və Hüseyn Axundova qarşılıq 32 ermənini aldılar, hətta “əllərini gücləndirmək üçün” H.Axundovun qondarma cəzasını ömürlük həbslə də əvəz etmişdilər.

Ermənistan tərəfinə keçən Ruslan Pənahovun qarşılığında daha çox ermənini almaq üçün ona qarşı da qondarma ittihamların irəli sürüləcəyi gözləntisi var. Azərbaycanda nə qədər erməninin həbsdə olduğu dəqiq bilinmir, erməni mənbələr isə bu sayın 80-ə yaxın olduğu iddialarını irəli sürüb.

Bu vəziyyət Azərbaycan üçün xoşagəlməz vəziyyət yaradır. Hərçənd, əsgərimizə qarşılıq yeni erməni hərbçilərin “yolunu azaraq, Azərbaycan tərəfinə keçməsi”ni təmin etmək də mümkün yollardan biri ola bilər.