ÖTƏN ACILAR XATIRLANDI…

0
206

Otuz illik yurd həsrəti cəmi 44 gündə sona çatdı.Misilsiz qəhrəmanlıq göstərərək,dogma torpaqlarımızın hər bir qarışını canı və qanı bahasına düşmən tapdagından xilas edən Müzəffər Azərbaycan əsgəri,sözün əsl mənasında,qəhrəmanlıq salnaməsi yazdı…
Belə salnaməni yazanlardan biri də qazi- yazar l ci qrup hərbi əlil Zaur Bayramoğludur.
Zaur Bayram oğlu Muradov 1978- ci ildə Naxçıvan MR Culfa rayon Milax kəndində,ziyalı ailəsində anadan olmuşdur.1995 -ci ildə həmin kənddəki orta məktəbi əla qiymətlərlə bitirib,BDU- nun tarıx fakultəsinə daxil olub.Müəyyən səbəblərə görə təhsilini qiyabi şöbədə davam etdirib. 1999- cu ilin yanvarında hərbi xitmətə yollanıb və aprel ayında xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən o, kiçik çavuş rütbəsi ilə təltif edilib.İyul ayında qatıldığı XTQ seçmələrini uğurla keçərək,təhsil almağa göndərilib.26.02 2000- ci ildə kursu birinciliklə bitirərək,052 saylı hərbi hissədə xidmət etməyə başlayıb.2001- ci ildə vəzifə borcunu yerinə yetirərkən aldığı mina partlayışı nəticəsində gözlərini itirib və altı barmağı qismən amputasiya olunub.Səhhəti cəhətdən öz sevdiyi peşəsindən məhrum olan Zaur, mübarizəsini davam etdirmək üçün qələmini silaha çevirərək,cəsur Azərbaycan əsğəri obrazını bütün varlığı ,həyatı ilə ən gözəl şəkildə təmsil edir.Hal – hazırda dünyanın yeganə-sol əlinin iki barmağı ilə yazan, gözdən əlil,beyni qəlpələrlə dollu,ağır kontuziyalı yazarıdır!…
AYB- nin üzvü olan qazi- yazarımızın ” Döyüşlə kəşfiyyat”,” Öz üzərində qələbə”,” Adını sən qoy”,”Alabaş”,”Qara mamba”,”Yolda” kitablarından sonrakı ” Fədailər”(trilogiya)kitablnın növbəti təqdimat mərasiminə toplaşdıq….
Onu da qeyd edim ki,kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru,dosent Əminə xanım İbrahimlidir.,”Fədailər”,(Əks hücum)sənədli- tarixi roman
Vətən savaşının Müzəffər sərkərdəsi, xalqımızın möhtərəm Prezidenti, cənab Ali Baş Komandanımız İlham Əliyevə ithaf edilib.
Kitabda böyük Zəfərin əsas agırlıq mərkəzi general Hikmət Mirzəyevin əsgər heyətinin üzərinə düşdü….
Özü də sabiq xüsusi təyinatlı zabit olan,qazi -yazar Zaur Bayramoğlunun “Fədailər” trilogiyası bu tarixi Zəfərin real qəhrəmanlarının,döyüşlərin birbaşa iştirakçısı olmuş qəhrəmanların,doğma torpaqlarının azad olunması zamanı göstərdikləri misilsiz şücaətlərdən bəhs edir.
Bu tarixi qələbənin ilk addımlarının atılması zamanı Ali Baş Komandanın həm beynəlxalq siyasi arenasındaki agır və gərgin mübarizəsi, həm də ordumuza və bütün xalqımıza böyük mənəvi stimul bəxş edən qətiyyətli duruşu,hərbi sahədəki ordumuzun ilk böyük ugurları öz əksini tapıb.
Elə bu günlərdə Yasamal rayon Heydər Əliyevv Mərkəzində ” Zəfər yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İB – nin təşkilatçılıgı ilə baş tutmuş təqdimat mərasimini” Xəyal Media Qrup” Y İB – nin rəhbəri Xəyal xanım Qurbani açdı.Dövlət Himnimiz çalındı.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirə qatılmiş MM deputatı Vüqar İsgəndərov bu kitabın ərsəyə gətirilməsində müəllifə, əməyi olanlara və təşkilatçı Pərvanə Abdullayevaya təşəkkürünü bildirdi.O, qeyd etdi ki,mediadan geniş istifadə olunan bir zamanda kitablara maraq qismən azalıb.Bunu nəzərə alaraq müvafiq tədbirlər görülməlidir.
Pərvanə xanım çıxışında tədbirə üatılsn iştirakçılara öz minnətdarlığıni bildirdi.” QHT Media” təmsilçisi Əkrəm Bəydəmirli romanın bəzi məziyyətlərindən söz açdı…
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin(DAMM) Ekspertlər Şurasıının sədri,” Yazarlar” jurnalınln əməkdaşı,AJB- nin üzvü Nəzakət Kərimova Əhmədova çıxışında bu günlərdə növbədənkənar keçirilmiş Prezident seçkilərində İlham Əliyevin yenidən seçılməsini xalqımızın dövlətimizin və dövlətçiliyimizin birliyinin bariz nümunəsi oldugunu qeyd etdi.Prezidentin ailəsi ilə birlikdə məhz Xankəndidə səs verməyisi düşmənlərin başına vurulan zərbənin simvolu idi! Və eyni zamanda onun yenidən seçilmiş Prezident kimi ilk səfərini məhz Türkiyəyə etməsini də vurğuladı.Çıxışçı DAMM- nın l vitse prezidenti Ruhiyyə Poladovanın və idarə heyətinin şəhid,qazi ailələri,müharibə iştirakçılarına,uşaq sıgınacaqlarına göstərdikləri xüsusi qayğını da vurguladı,keçirdikləri xeyriyyə işlərindən söz açdı .Belə ki, təşkilat sədrinin öz hesabına hərbi hissələrdə beş minə yaxın əkdiləri ağaclardan şəhidlərimizin şəkilləri də asılmışdır.Kitaba marağın zəif olunması fikrinə istinadən qeyd etdi ki,EKSPO kitab sərğilərində uşaq və gənclərin həm bizim ,həm də xarici ölkələrdən nümayiş olunan kitablara böyük marağın,növbə duraraq almalarının şahidi olmuşuq.Bir məsələni iştirak etdiyim və keçirdiyimiz tədbirlərdə də bu qəbildən olan kitabların məktəb kitabxanalarına verilməsini vacib bilirəm.Çünki,kitablara maraq bagçalardan,məktəblərdən başlanmalıdır .Sonda çıxışçı DAMM-nin Fəxri Diplomunu bu İB prezidenti,xalq yazıçısı Çingiz Abdullayevin və l vitse prezident Ruhiyyə Poladovanın adından Zaur Bayramogluna təqdim etdi.
Çıxış edənlər Əminəə xanım İbrahımli(“Libraff” kitab evinin nəşrlər üzrə məsləhətçisi,dosent), Əməkdar jurnalist,polkovnik – leytenant İbrahim Rüstəmli,şəhid leytenant Siyavuş Muradovun atası,qazi Akif Muradov,Mədəniyyət Nazirliyinin əməkdaşı,Azərbaycan Respubllikası Prezidentinin 140 cıldlik külliyatının tərtibçisi və baş redaktoru Rəsmiyyə Rzalı və başqaları bu kitabın ərsəyə gəlməsində, yazarın bütün məlumatların dəqiqliyinə necə əməl etdiyindən və onunla qarşılıqlı fəaliyyətlərindən bəhs etdilər.” Carçı” jurnalının təsisçisi və redaktoru Gülnarə xanım Əmirquliyeva bu tədbirə dəvəti üçün Rərvanə xanıma təşəkkür edərək bildirdi ki,çox təəssüf edirəm ki,Zauru əvvəldən tanımamışam. Bu gün onun cəsur hərbiçi,gözəl ailə başçısı,istedadlı yazar olduğunu öyrəndim.Vəə bu günki tədbiri ” Carçı” jurnalında işıqlandırmağı özümə borc bildim.
Bədii qiraətçiBəhiyyə Nagıyevanın,yazarın anası Təhminə xanımın,mügənni Xasay Şıxiyevin çıxışları da dinləyicilər tərəfindən allqışlarla qarşılandı.Sonda xatirə şəkilləri çəkildi.

NƏZAKƏT EMİNQIZI, yazıçı publisist,” Qızıl Qələm” Media mükafatçısı,AJB-nin üzvü.