ŞOK! Ermənistan Azərbaycan Konstitusiyasının dəyişdirilməsini tələb edir

0
204

Ermənistan parlamentin spikeri Alen Simonyan bildirib ki, Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməlidir və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır.

O, çexiyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı Ermənistanın yeni Konstitusiyasına ehtiyac barədə deyilənlərin Bakının təzyiqləri ilə nə dərəcədə əlaqəli olduğu sualına belə cavab verib.

“Növbəti dəfə Ermənistan rəsmilərindən yeni Konstitusiyaya ehtiyacın Azərbaycanın tələbi ilə nə dərəcədə əlaqəli olduğunu soruşmaq istəyəndə, bilin ki, Ermənistan rəsmiləri danışıqlarda Azərbaycan konstitusiyasına dəyişikliklərin zəruriliyi məsələsini də qaldırırlar. Azərbaycan Konstitusiyasında əks etdirilməli olan müddəaların dəyişdirilməsinə ehtiyac var”, – o əlavə edib.

O bildirib ki, erməni tərəfinin apardığı istənilən danışıqlar güzgü üsulu ilə aparılır. Əgər bu danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir.