Ukrayna PUA-sı ilk dəfə Rusiyanın bu vilayətinə uçdu: Nəhəng zavodu vurdu

0
145

Rusiyanın ən böyük neft emalı zavodlarından birinə – Yaroslavldakı “Slavneft-YANOS”-a dron hücumu olub.

Dron düşdükdən sonra ərazi mühasirəyə alınıb. Minatəmizləmə qrupunun gəlişi gözlənilir.

İlkin məlumata görə, xəsarət alan olmayıb. Mash Telegram kanalı aydınlaşdırır ki, Ukraynaya məxsus pilotsuz uçan aparat ilk dəfə Yaroslavl vilayətinə çatıb.

Belə PUA-lar bir neçə kiloqram partlayıcı daşımağa qadirdir. “Slavneft-YANOS”-a hücum bu gün Bakı vaxtı ilə səhər saat 7-8 radələrində baş verib. Zavodun saytında verilən məlumata görə, “Slavneft-YANOS” Rusiyada neft məhsulları istehsal edən ən böyük müəssisələrdən biridir. 2022-ci ildə ölkədə neft emalının həcminə görə üçüncü yeri tutub. 809,1 hektar ərazini əhatə edən müəssisədə üç mindən çox işçi çalışır.

Zavodda Avro-5 standartına uyğun benzin və dizel yanacağı emal edilir. Bundan əlavə, zavodun məhsullarına təyyarə yanacağı, o cümlədən aviasiya kerosini, mayeləşdirilmiş qaz, yağlar, bitum və soba mazutu daxildir.