Şok iddia: Ukrayna uduzsa, ərazilərinin bir hissəsini də bu ölkə tutacaq

0
147

Ukrayna Rusiya ilə münaqişədə uduzsa, Transkarpatiya Macarıstana verilə bilər.

Bu iddianı Macarıstanın ifrat sağçı “Bizim Vətənimiz” partiyasının lideri Laslo Torotskai səsləndirib.

Siyasətçi bildirib ki, ənənəvi olaraq çoxlu etnik macarların yaşadığı region Ukraynanın dağılmasından sonra Budapeştə verilməlidir.

“Ukrayna yıxılsa, biz Transkarpatiyaya iddia edəcəyik”, siyasətçi bildirib.

Torotskai bildirib ki, Kiyev 1991-ci ildə keçirilmiş referendumun nəticələrini pozur, ona görə də, Transkarpatiya geniş hüquqlara malik muxtariyyət kimi mövcud olmalıdır.

“Əgər münaqişə baş verərsə, Ukrayna dövlətçiliyini itirərsə və parçalanarsa, o zaman “Transkarpatiya muxtariyyət olaraq Macarıstana sülh yolu ilə yenidən birləşə bilər”, – deyə siyasətçi vurğulayıb.