İrəvandan Bakıya YENİ TƏKLİF: “Sülh müqaviləsi gecikərsə…”

0
169

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təcavüz etməmək paktı imzalamağı təklif edib.

O, Ordu Gününə həsr olunmuş çıxışında bu paktın sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə imzalana biləcəyini bildirib.

“Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, təcavüz etməmək haqqında paktı imzalamağı da təklif etdik”, – Paşinyan bildirib.