Rusiya və ABŞ arasında irimiqyaslı nüvə müharibəsi baş versə, Yer 10 il ərzində nüvə qışına qərq olacaq.
ABŞ-ın bir qrup alimi bu qənaətə gəlib.
Mütəxəssislər hesab edirlər ki, nüvə partayışları nəticəsində iri əraziləri əhatə edən yanğınlar başlayacaq və böyük miqdarda (təqribən 147 milyon ton) his atmosferə buraxılacaq.
His isə, öz növbəsində, bulud şəklində toplanacaq və Günəş işığının qarşısını alacaq. Nəticədə havanın orta temperaturu 9 dərəcə aşağı düşəcək.
Alimlərin fikrincə, his buludlarının dağılması üçün təqribən 7 il keçməlidir, işığın normal səviyyəsinin bərpasına isə daha üç il lazımdır.