Moskva bəyan etdi: Bakı sülh müqaviləsini imzalamağa hazırdır, İrəvan isə…

0
133

Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

“Qərbli həmkarlarımız istəyirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yalnız onların ərazisində imzalansın, bu faktdır. Azərbaycanın Rusiya ərazisində onu imzalamağa hazır olması faktı, əslində, münaqişəni dayandırmaq üçün səy göstərməsinin sübutudur.

İrəvanın buna nə dərəcədə hazır olduğu mənə məlum deyil, baxmayaraq ki, müvafiq siqnallar Ermənistan paytaxtına çoxdan göndərilib”, – Lavrov bildirib.