Müharibə veteranlarının müavinəti artırıla bilər

0
169

Müharibə veteranları və qazilər üçün verilən müavinətin məbləğinin artırılması müzakirə oluna bilər.

Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır:

“Müharibə veteranları və qazilər üçün aylıq 80 manat müavinət təyin edilib. Bu təbəqə üçün müəyyən edilmiş proqram çərcivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər”.