Paşinyanın adamı Zəngəzur dəhlizi ilə bağlı şərti açıqladı: Biz də Azərbaycana…

0
127

Biz həmişə bəyan etmişik və indi də bəyan edirik ki, biz Ermənistanın yurisdiksiyasında olan yolları verməyə hazırıq, bu marşrutlar bizim yurisdiksiyamızda olmalıdır.

Bunu yanvarın 16-da jurnalistlərlə söhbətində hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan Türkiyənin nəqliyyat nazirinin Zəngəzur dəhlizinin 2028-ci ilə qədər tamamlanmalı olduğu haqda bəyanatına münasibət bildirərkən deyib.

“Dünyanın kəsişməsi məhz bundan ibarətdir ki, mallar Avropadan Asiyaya – Ermənistan ərazisindən və əksinə, sərbəst şəkildə gedə bilər. Hazırkı mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Burada yeni olan odur ki, biz deyirik: İran Bakıya yol verirsə, biz də Azərbaycana eyni şərtlərlə yol verə bilərik. İran isə yolu qeyd etdiyim şərtlərlə təmin edir, yəni bu, İranın yurisdiksiyasında olan ərazidir”, – Papoyan qeyd edib.

Azərbaycanın ikitərəfli formatda vasitəçisiz danışıqlar aparmaq təklifinə gəlincə, deputat qeyd edib ki, Ermənistan Azərbaycanla həm birbaşa, həm də vasitəçilər sayəsində danışıqlar aparır. “Düşünürəm ki, bizim mövqelərimizə hörmət edən və qəbul edən istənilən variant bizim üçün məqbuldur”, – deyə o, yekunlaşdırıb.